AFFA millilərin baş məşqçilərinin iş yerini dəyişdi

7 Fevral 16:00 Milli komanda 748
AFFA millilərin baş məşqçilərinin iş yerini dəyişdi

AFFA aşağı yaş qrupları üzrə millilərin baş məşqçi postunda yerdəyişmələr edib.

Belə ki, U-18-in çalışdırıcısı Elxan Abdullayev U-19-a təyinat alıb.

17 yaşlılarla işləyən Füzuli Məmmədov burada onu əvəzləyib.

15 və 16 yaşlılardan ibarət komandaların sükanı arxasında dayanmış İlham Yədullayev U-17-yə keçib. U-19-dan ayrılan Aqil Nəbiyevə U-15 və U-16 tapşırılıb.

Federasiya onlarla 3 aylıq müqavilə imzalayıb. Bu anlaşma martın sonunadək qüvvədə qalacaq.

Belə qısamüddətli sövdələşmənin səbəbi AFFA-nın özündəki qeyri-müəyyənliklə bağlıdır. Belə ki, gələn ay qurumda hesabat-seçki konfransı keçiriləcək və növbəti 4 ildə AFFA-ya rəhbərlik edəcək prezident seçiləcək.

Böyük ehtimalla, Rövnəq Abdullayev 2008-ci ildən başında dayandığı təşkilatla vidalaşacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti