Yığmamızın Millətlər Liqasında potensial rəqibləri – Sabah RÜŞK ATILACAQ

6 Fevral 2024 13:20 Milli komanda 1 235
Yığmamızın Millətlər Liqasında potensial rəqibləri – Sabah RÜŞK ATILACAQ

Fevralın 8-də Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqası turnirinin 2024/2025 mövsümünün püşkatma mərasimi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

C Liqasının 2-ci səbətində qərarlaşan Azərbaycan yığmasının potensial rəqibləri də məlumdur.

Millimiz 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllütariq cütünün qalibi olacaq komandalardan formalaşacaq qrupda yer alacaq.

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının 1-ci səbətində yer alan Ermənistan millimizə rəqib ola bilməz.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO