Millimiz öncə bolqarlarla, sonra monqollarla qarşılaşacaq

5 Fevral 20:20 Milli komanda 511
Millimiz öncə bolqarlarla, sonra monqollarla qarşılaşacaq

Bakıda milli komandalar arasında keçiriləcək futbol üzrə beynəlxalq turnirin təqvimi dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, FIFA-nın təşkilatçılığı ilə fərqli konfederasiyalardan olan yığmaların iştirakı ilə baş tutacaq mini-turnirdə 4 komanda hərəsi iki oyun keçirəcək.

Matçlar martın 22-də və 25-də gerçəkləşəcək. Azərbaycan yığması ilk oyununu Bolqarıstana, ikinci görüşünü isə Monqolustana qarşı keçirəcək.

Yoldaşlıq görüşü xarakteri daşıdığından, heç bir komanda qalib elan olunmayacaq və mükafat almayacaq. Qarşılaşmaların hansı stadionda keçiriləcəyi və başlama saatı hələlik bəlli deyil.

22 mart

Azərbaycan – Bolqarıstan

Tanzaniya – Monqolustan

25 mart

Azərbaycan – Monqolustan

Tanzaniya – Bolqarıstan

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"