Azərbaycan millisinin eks baş məşqçisi “Qarabağ”lıları çalışdıracaq

3 Fevral 22:40 Milli komanda 1 273
Azərbaycan millisinin eks baş məşqçisi “Qarabağ”lıları çalışdıracaq

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Monteneqro yığmasına rəhbərlik edəcək.

Sportinfo,az xəbər verir ki, 55 yaşlı mütəxəssislə birillik müqavilə imzalanacaq.

Xorvatiyalı çalışdırıcı fevralın 4-də sözügedən ölkəyə yollanaraq sözləşməyə qol çəkəcək.

Onun yeni komandası ilə debütü Belarusla yoldaşlıq matçına təsadüf edəcək. Qarşılaşma martın 21-də Antalyada keçiriləcək.

Hazırda “Qarabağ”da çıxış edən Marko Veşoviç və Marko Yankoviç də Monteneqro milli komandasının üzvləridir.

Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"