Azərbaycan millisinin oynayacağı AÇ-nın bütün iştirakçıları bilindi

31 Yanvar 03:20 Milli komanda 418
Azərbaycan millisinin oynayacağı AÇ-nın bütün iştirakçıları bilindi

Amputant futbolçulardan ibarət komandalar arasında Fransada keçiriləcək Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin də qatılacağı qitə birinciliyində 16 komanda mübarizə aparacaq.

İyunun 1-8-i aralığında təşkil olunacaq turnirdə millimizlə yanaşı, Türkiyə, İngiltərə, Polşa, İspaniya, İtaliya, İrlandiya, Fransa, Almaniya, Gürcüstan, Ukrayna, İsrail, Yunanıstan, Belçika, Niderland və Şotlandiya komandaları da qüvvələrini sınayacaqlar.

Martın 16-da Avropa çempionatının püşkatma mərasimi keçiriləcək. Komandalar hərəsində 4 iştirakçı olmaqla 4 qrupda yer alacaqlar.

2017 və 2021-ci illərdə keçirilən ilk iki Avropa çempionatının qalibi Türkiyə millisi olub.

Digər Xəbərlər
Xəbər Lenti