“Mənə heç bir təklif olmayıb“ - Qurban Qurbanov

30 Yanvar 16:20 Milli komanda 436
“Mənə heç bir təklif olmayıb“ - Qurban Qurbanov

“Yox, mənimlə heç kim əlaqə saxlamayıb“.

Sportinfo.az xəbər verir ki, bu sözlər Qurban Qurbanova məxsusdur.

“Qarabağ“ın çalışdırıcısı hazırda milliyə baş məşqçi axtarışında olan AFFA-nın onunla əlaqə saxlamadığını da qeyd edib:

“Mənə AFFA-dan heç bir təklif olunmayıb. Bunun haradan qaynaqlandığını bilmirəm.

Bəlkə də siyasi gedişdir, bilmirəm. Mənim eşitdiyimə görə, millidə yerli yox, əcnəbi baş məşqçi olmalıdır.

Buna görə də İşçi qrup yaradıldığı yazılır. Mənə “Sabah”la oyundan sonra sual verilmişdi ki, yeni yaradılan İşçi qrupla bağlı nə fikirləşirsiniz?

Bildirdim ki, toplananların yerini dəyişəndə cəm dəyişmir. Yəni milli komanda məsələsi yenə eyni quruma aiddir.

Yenə orada eyni adamlar iştirak edir. Bilmirəm, nə cür müzakirələr olunur. Yəni sonda yenə qərar verən AFFA-dır. Özləri yoluna qoyacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"