Azərbaycan millisi üçün 4 rəqib tapıldı - FOTO

29 Yanvar 2024 23:20 Milli komanda 808
Azərbaycan millisi üçün 4 rəqib tapıldı - FOTO

Minifutbol üzrə Azərbaycan milli komandası qarşıdan gələn Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatına son hazırlıq planlarını müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv aprelin 23-dən Monteneqroda bir həftəlik təlim-məşq toplanışı keçəcək, daha sonra aprelin 30-dan mayın 1-dək Podqoritsada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.

Burada Monteneqro, Rumıniya, Albaniya və Bosniya və Herseqovina millilərinin də iştirakı gözlənilir.

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-dən 9-dək Sarayevoda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO