"Bu, məsuliyyətimizi artıracaq, bizi daha diqqətli olmağa vadar edəcək”

29 Yanvar 01:50 Milli komanda 252
"Bu, məsuliyyətimizi artıracaq, bizi daha diqqətli olmağa vadar edəcək”

“Millimiz son açıqlanan siyahıda üç pillə irəliləyərək ikinci yerə yüksəlib.

Bu nəticəni ötənilki ilə müqayisə edəndə görürük ki, yığma Meksika, Çexiya və Macarıstan kollektivlərini qabaqlayıb”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov milli komandanın dünya reytinqində irəliləməsini şərh edərkən deyib.

O bildirib ki, yığmanın yeni siyahıda yuxarı sırada olması komandanın gücündən xəbər verir:

“Təbii ki, hər bir kollektiv yüksək pillədə qərarlaşan ölkəyə qarşı oyunda daha fərqli çıxış edir. Daha əzmlə mübarizə aparır və özünü sübut etməyə çalışır.

Biz bunu Avropa çempionu olduqdan sonra daha yaxşı hiss etdik. Bu, ötən ilin may ayında Bakıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirdə də aydın sezilirdi.

Bu hal dünya çempionatında da özünü büruzə verdi. Düşünürəm ki, bundan sonra da dünya reytinqində ilk iki yerin birində qərarlaşsaq, rəqiblərimiz bizə qarşı daha səylə, əzmlə və böyük iradə ilə mübarizə aparacaqlar.

Bu, məsuliyyətimizi artıracaq və rəqiblərə qarşı oyunlarda bizi daha diqqətli olmağa vadar edəcək”.

Digər Xəbərlər
Xəbər Lenti