Debütant komanda qələbə seriyasını üçə çatdırdı - FOTO

25 Yanvar 2024 17:20 Milli komanda 823
Debütant komanda qələbə seriyasını üçə çatdırdı - FOTO

Birinci Liqanın yeni iştirakçılarından olan “Difai” mövsümün ikinci hissəsinin hazırlıqlarını sürətləndirib.

Təlim-məşq toplanışının əsas mərhələsinə daxil olan “fədailər” bu gün üçüncü yoxlama görüşündə qüvvəsini sınayıb.

Elgiz Kərəmlinin çalışdırdığı kollektiv bu gün “Cəbrayıl”la üz-üzə gəlib. İkinci Liqanın iddialı təmsilçisi ilə qarşılaşma Binə stadionunda baş tutub.

Debütant komanda qələbə seriyasını üçə çatdırdı - FOTO

Qarabağ qazilərinin klubu bu dueldən 1:0 hesablı qələbə ilə ayrılıb.

Matçda yeganə qolu Kristian Kamta vurub. Nigeriyalı hücumçu daha iki dəfə fərqlənsə də, hakim qolları qeydə almayıb.

“Difai” bundan öncə 2 sparrinqlə üz-üzə gəlib. Ağsunun müçayəndəsi olaraq I Liqada mübarizə aparan komanda “Sabah”ın 19 yaşlılarına 6:1, MOİK-ə 3:1 hesabıyla qalib gəlib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti