“Ondan bu təklifin kim tərəfindən edildiyi soruşulımalıdır” - VİDEO

25 Yanvar 17:40 Milli komanda 367
“Ondan bu təklifin kim tərəfindən edildiyi soruşulımalıdır” - VİDEO

“AFFA Ertuğrul Sağlamla əlaqə saxlamalıdır”.

Bu təklif futbol eksperti Emin Abbasova məxsusdur.

O, federasiyanın millimizdən təklif aldığını, amma bu dəvəti geri çevirdiyini söyləyən türkiyəli baş məşqçi ilə təmas qurmalı olduğunu söyləyib.

Tanınmış teleşərhçi bu haqda fikirlərini ATV kanalında yayımlanan “Futbolumuz” verlişində səsləndirib:

“Ondan bu təklifin kim tərəfindən edildiyi soruşulımalıdır. Bu, çətin məsələ deyil.

Çox rahat şəkildə Ertuğrul Sağlamla əlaqə saxlamaq olar. O, ad çəkməlidir ki, mənə filankəs yığıb.

Sonra AFFA həmin adamın özünə çıxmalıdır ki, əziz qardaş, sən kimin tapşırığı ilə Ertruğrul Sağlama belə bir təklif irəli sürmüsən.

Bu şəxs də deyə bilər ki, mənə filankəıs müəllim deyib. Belə-belə gəlib məsələnin axırına çıxmaq olar”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti