Atası Azərbaycan millisində oynadı, oğlu İMTİNA ETDİ

25 Yanvar 02:20 Milli komanda 4 441
Atası Azərbaycan millisində oynadı, oğlu İMTİNA ETDİ

Bir müddət əvvəl AFFA-nın milliləşdirmək üçün maraqlandığı Vitali Qudiyev Azərbaycan yığmasında oynamaq istəməyib.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, “Fakel”in 28 yaşlı qolkiperi Rusiya millisində oynamaq istəyində olduğu üçün komandamızda çıxış etmək təklifinə müsbət yanaşmayıb.

"Alaniya"nın yetirməsi olan Vitali “Axmat” və “Ximki”nin də qapısını qoruduqdan sonra 2023-cü ildə “Fakel”ə(Voronej) keçib. O, Rusiyanın U-17 və U-21 yığmalarının sabiq qapıçısıdır.

Vitali Azərbaycan millisinin sabiq qapıçısı olan Kazimir Qudiyevin oğludur.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"