"Azərbaycan yığmasında oynamaqdan imtina etmərəm"

22 Yanvar 2024 08:30 Milli komanda 1 144
"Azərbaycan yığmasında oynamaqdan imtina etmərəm"

"Orebro"nun yetirməsi, hazırda icarə əsasında "Forvard" klubunda çıxış edən Murad Əbdürrəhmanovun Azərbaycanın U-17 yığmasına cəlb oluna biləcəyi haqda xəbər vermişdik.

AFFA İsveçdə dünyaya gələn və bu ölkənin U-17 yığmasının toplanışına dəvət edilmiş həmyerlimizlə danışıq aparıb.

Sportinfo.az xəbər verir ki, Murad özü sportal.az-a açıqlama verib:

"Bəli, AFFA-dan yığmışdılar, maraqlandılar. Məni yığma komandaya dəvət etmək istədilər.

Qarşıdakı toplanışlarda məni dəvət edib baxmaq istəyirlər. Təbii ki, İsveç yığmasında oynayan ilk azərbaycanlı olmaq istəyərdim.

Amma azərbaycanlı kimi elə Azərbaycan yığmasında oynamaqdan imtina etmərəm. Gələcəkdə hadisələrin necə cərəyan edəcəyini görəcəyik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti