"Onun Azərbaycan millisinə gedə biləcəyi ilə bağlı yayılan xəbərlər məni narahat etmir"

19 Yanvar 03:40 Milli komanda 469
"Onun Azərbaycan millisinə gedə biləcəyi ilə bağlı yayılan xəbərlər məni narahat etmir"

“Dinamo”nun (Mahaçqala) baş direktoru Şamil Qazızov komandanın baş məşqçisi Kurban Berdıyevin Azərbaycan milli komandasına rəhbərlik edə biləcəyi ilə bağlı yayılan söhbətlər haqda yenidən açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Mahaçqa klubunun rəsmisi bu dəfə “Sport Ekspress”ə məsələ barədə bunları deyib:

“Azərbaycan millisi? Berdıyev “Dinamo"nun baş məşqçisidir. Nöqtə. Onun haqqında yayılan xəbərlər və söz-söhbətlər məni narahat etmir”.

Yayılan xəbərlərə görə, AFFA-nın milli komandamızın baş məşqçi postuna gətirmək istədiyi mütəxəssislərdən biri Kurban Berdıyevdir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"