"Mətbuatda onun haqqında gedən söz-söhbətlər məni narahat etmir"

18 Yanvar 12:40 Milli komanda 307
"Mətbuatda onun haqqında gedən söz-söhbətlər məni narahat etmir"

“Dinamo”nun (Mahaçqala) direktoru Şamil Qazizov komandanın baş məşqçisi Qurban Berdıyevin Azərbaycan millisini çalışdıracağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi “Sport Ekpress”ə müsahibəsində bununla bağlı suala qısa cavab verib:

“Berdıyev Mahaçqala “Dinamo”sunun məşqçisidir. Nöqtə”.

O, “Berdıyevin mövsümü “Dinamo”da başa vuracağına inamınız varmı” sualını isə belə cavablandırıb: “Mətbuatda onun haqqında gedən söz-söhbətlər məni narahat etmir”.

Qurban Berdıyev 2023-cü ilin iyulundan "Dinamo"nu çalışdırır. Komanda 20 turdan sonra 37 xalla 1-ci liqada liderdir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"