Isveçdə çıxış edən bu futbolçunun Azərbaycan yığmasına çağırılması gözlənilir

18 Yanvar 00:40 Milli komanda 527
Isveçdə çıxış edən bu futbolçunun Azərbaycan yığmasına çağırılması gözlənilir

İsveçin "Örebro" klubunun qapıçısı Murad Əbdürrəhamnov Azərbaycan yığmasına cəlb edilə bilər.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, AFFA İsveç klubunun üzvünü yığmaya dəvət etmək üçün danışıqlara başlayır.

İsveçin U-17 yığmasının da təlim-məşq toplanışında iştirak etmiş Muradın Azərbaycan yığmasına cəlb ediləcəyi gözlənilir.

Yaxın vaxtlarda Əbdürrəhmanovun yığmamızda oynayıb-oynamayacağı dəqiqləşəcək. Onun 17 yaşlılardan ibarət milli komandamızda oynamağa müsbət yanaşdığı iddia edilir.

2007-ci il təvəllüdlü Murad "Örebro"nun yetirməsidir. Həmyerlimiz "Forvard" klubuna bir illik icarəyə verilib.

Digər Xəbərlər
Xəbər Lenti