"Oz "oyunlar"ını oynayırlar, şəxsi maraqlarını millidən üstün tuturlar" - VİDEO

15 Yanvar 17:40 Milli komanda 437
"Oz "oyunlar"ını oynayırlar, şəxsi maraqlarını millidən üstün tuturlar" - VİDEO

«İstənilən komandaya məşqçi axtaranda bunun bir seçim tərzi və üslubu olmalıdır».

Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində adı millimizlə yanaşı hallanan əcnəbi baş məşqçilər haqda danışıb.

Tanınmış teleşəhrçi bildirib ki, mətbuatın gündəminə gətirilən mütəxəssislərin futbol fəlsəfəsi bir-birindən çox fərqlənir:

«Millidə nə cür futbolçular yer alıblar? Deyək ki, az-çox texnikalı oyun sərgiləyən.

Deməli, buna uyğun məşqçi axtarmaq lazımdır. Metaliteti bilən, bu futbolçuların potensialından istifadə etməyi bacaran biri gəlməlidir.

Bizə həmişə öz fikrimizi demişik ki, yerli məşqçi əcnəbilərdən daha effektiv olacaq. Bu gün adları çəkilən xaricilərin hamısı bir-birinə əks mütənasib olanlardır.

Kimisi atletik, kimisi toplu oyuna üstünlük verir. Çox qarışıq durum yaranıb.

Hər kəs öz sahəsində əlini daşın altına qoymalıdır.

Görünür ki, öz «oyun»larını oynamaq marağı kimlər üçünsə millinin aqibətindən daha əhəmiyyətlidir».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"