AFFA tanınmış məşqçinin adını milliyə namizədlərin siyahısından çıxardı

13 Yanvar 14:40 Milli komanda 2 713
AFFA tanınmış məşqçinin adını milliyə namizədlərin siyahısından çıxardı

Kurban Berdıyevin adı Azərbaycan yığmasına namizəd məşqçilərin siyahısından çıxarılıb.

Sportinfo.az bu barədə AFFA-dan məlumat əldə edib.

Federasiyadan redaksiyamıza verilən informasiyaya görə, rusiyalı çalışdırıcının millimizə gətirilməyəcəyi dəqiqləşib. Bu, «Rubin»də məşhurlaşmış mütəxəssisin yaşının çoxluğuyla əlaqədardır. 7

1 yaşlı Berdıyevin burada aktif fəaliyyət göstərəcəyinə dair AFFA rəhbərliyində ciddi narahatlıq var və uzun müzakirələrdən sonra bu variant məqbul sayılmayıb.

Berdıyev 2023-cü ilin iyulunda "Dinamo"ya keçib. 20 turdan sonra Mahaçqala təmsilçisi 37 xalla Birinci Liqaya başçılıq edir.

Dekabrda “Dinamo”nun prezidenti Hacı Hacıyev mətbuata açıqlamasında onun Azərbaycan və İran yığmalarının baş məşqçisi postuna namizədlər arasında olduğunu təsdiqləyib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"