Qurban Qurbanovu uzaqlaşdırmaq üçün... VİDEO

12 Yanvar 15:00 Milli komanda 5 362
Qurban Qurbanovu uzaqlaşdırmaq üçün... VİDEO

“Bu dönəm mənə Qurban Qurbanovun millidən uzaqlaşdırıldığı vaxtı xatırladır”

Futbol eksperti Emin Abbasov AFFA-nın milliyə yeni baş məşqçi tapmaq sarıdan üzləşdiyi problemdən danışıb.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində federasiyanın yerli mütəxəssislərə etimad göstərmədiyini bildirib:

“2018-ci ildə Qurban Qurbanovu min bir hiylə ilə buradan uzaqlaşdırdılar. Halbuki o, Avropa çempionatının püşkatmasına da qatılmışdı.

Nə elədilər, nə eləmədilər, Qurbanov millidən ayrıldı. Sonra AFFA dedi ki, məqsəd qrupdan çıxmaqdır.

Gedib orta səviyyədən də aşağı məşqçini, Nikola Yurçeviçi gətirdilər. O da seçmə mərhələdə 1 xal topladı.

Ondan sonra kənartdan kimi gətirdilər, yenə heç bir nəticə qazana bilmədi. Bütün bunlara baxmayaraq, AFFA bu gün də əcnəbilərdən əl çəkmir.

Yerli məşqçilərdən birini də yaxına buraxmaq istəmirlər. Deyirlər, Qurban Qurbanov gəldi-getdi, ondan sonra heç bir yerli millidə işləyə bilməz”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti