AFFA qərar verdi – Milliləri bundan sonra kimlər çalışdıracaq?

12 Yanvar 09:40 Milli komanda 4 060
AFFA qərar verdi – Milliləri bundan sonra kimlər çalışdıracaq?

AFFA ötən mövsüm aşağı yaş qrupları üzrə yığmalarda çalışmış məşqçilərlə bağlı qərar verib.

Sportinfo.az bu barədə federasiyanın özündən məlumat alıb.

Qurumdan redaksiyamıza daxil olan informasiyaya görə, millilərin çalışdırıcıları və onların köməkçiləri ilə müqavilələrin müddəti uzadılacaq.

Sadəcə, komandaların sükançıları arasında yerdəyişmə ediləcək.

Məlumat üçün bildirək ki, İlham Yadullayev U-15, U-16, Füzuli Məmmədov U-17, Elxan Abdullayev U-18 və Aqil Nəbiyev U-19-da işləyib.

Yekun qərar, əslində, dünən Gəncədə verilməli idi. Lakin AFFA prezidenti Rövnəq Abdullayevin səhhətinin qəfil pisləşməsi (?) üzündən İcraiyyə Komitəsinin Nizami yurdunda keçirilməsi planlaşdırılan iclası qeyri-müəyyən müddətə ertələnib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"