Həm yerlilər, həm də əcnəbilər... AFFA-dan MİLLİ AÇIQLAMASI

8 Yanvar 17:40 Milli komanda 1 265
Həm yerlilər, həm də əcnəbilər... AFFA-dan MİLLİ AÇIQLAMASI

«Son vaxtlar müxtəlif xarici məşqçilərin Azərbaycan millisinə dəvət alması barədə xəbərlər yayılıb.

Məlumat üçün bildiririk ki, AFFA heç kimə rəsmi təklif göndərməyib».

Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Məmmədli söyləyib.

Federasiyanın press-ateşesi Ertuğrul Sağlam başda olmaqla, Azərbaycan yığmasından ona təklif gəldiyini söyləyən mütəxəssislərlə təmas qurulmadığını deyib:

«AFFA hələ bir nəfərlə rəsmi səviyyədə danışıqlar aparmayıb. Millini çalışdıra biləcək namizəd məşqçiləri müəyyənləşdirmək məqsədilə İcraiyyə Komitəsi tərəfindən İşçi Qrupunun yaradılmasından xəbərdarsız.

İndiyədək İşçi Qrupunun iki iclası olub və həmin iclaslarda da heç bir mütəxəssisin adı hallanmayıb. Həmin məşqçi hansı meyarlara cavab verməlidir - yalnız bu ətrafda müzakirələr aparılıb.

İcraiyyə Komitəsinə təklif edilə biləcək namizədlər arasında həm yerlilər, həm də əcnəbilər var».

Yığmamız AVRO-2024-ün seçmə mərhələsində 7 xal toplayıb və qrupu 4-cü yerdə bitirib. Bundan sonra Canni De Byazi öz istəyi ilə

Azərbaycandan gedib. İtaliyalı baş məşqçi AFFA İcraiyyə Komitəsinin iclasında müqavilənin müddətini yenidən uzatmaq niyyətində olmadığını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"