Azərbaycan yığmalarını kimlər çalışdıracaq? - AFFA bu tarixi nişan verdi

8 Yanvar 14:40 Milli komanda 1 545
Azərbaycan yığmalarını kimlər çalışdıracaq? - AFFA bu tarixi nişan verdi

Aşağı yaş qrupları üzrə yığmaları çalışdıracaq baş məşqçilərin kimliyi bu həftə məlum olacaq.

Bu haqda Sportinfo.az-a AFFA-dan məlumat verilib.

Federasiyadan redaksiyamıza bildirilib ki, İcraiyyə Komitəsi yanvarın 11-də Gəncədə toplanacaq və sözügedən məsələ də orada müzakirəyə çıxarılacaq.

AFFA rəhbərliyi dekabrda aşağı yaş qrupları üzrə yığmaların baş məşqçiləri ilə görüş keçirib.

Texniki direktor Cahangir Həsənzadənin başçılığı ilə təşkil olunan toplantıda İlham Yadullayev (U-15, U-16), Füzuli Məmmədov (U-17), Elxan Abdullayev (U-18) və Aqil Nəbiyev (U-19) iştirak edib.

C.Həsənzadə bildirib ki, AFFA kimlərlə yola davam eləyəcəyini hələ müəyyənləşdirməyib.

O, müqavilə müddəti bitən məşqçilərin məsələsinə qarşıdakı həftələrdə aydınlıq gələcəyini söyləyib.

Texniki direktor prosesin yubanma səbəbini açıqlamasa da, qeyd edib ki, hansısa mütəxəssisə istənilən bir klubdan təklif gələrsə, onu dəyərndirməsi öz haqqıdır.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"