Millini yerli, yoxsa əcnəbi məşqçi çalışdıracaq? – MƏLUM OLDU

26 Noyabr 2023 19:00 Milli komanda 4 948
Millini yerli, yoxsa əcnəbi məşqçi çalışdıracaq? – MƏLUM OLDU

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi karyerasını başqa ölkədə davam etdirəcək.

AFFA İcraiyyə Komitəsinin fövqəladə iclasına təşrif buyuran italiyalı çalışdırıcı yeni müqavilə imzalamaqda maraqlı olmadığını bildirib.

Son günlər hər kəsi maraqlandıran sual yeni baş məşqçinin milliyəti və kimliyidir.

AFFA prezidenti Rövnəq Abdullayev baş katib Sərxan Hacıyevə İşçi Qrupunun yaradılmasına və namizədlərin müəyyənləşdirilməsinə dair göstəriş verib.

İşçi Qrupu yaxın zamanda yaradılacaq və millinin baş məşqçi postuna namizəd məşqçilər AFFA rəhbərliyinə təqdim olunacaq. İcraiyyə Komitəsinin iclasında aparılacaq müzakirələrdən sonra yığmanın yeni çalışdırıcısının adına aydınlıq gələcək.

Sevindirici xəbəri bildirək ki, hazırda komitədə yer alan üzvlərin böyük əksəriyyəti yerli məşqçinin gəlməsinin tərəfdarıdır. Canni de Byazinin göndərildiyi sonuncu iclasda üzvlərin öz aralarındakı müzakirələr zamanı məlum məsələ üzə çıxıb.

Cəmi iki nəfər əcnəbi baş məşqçinin üstün tərəflərini sadalasa da, ümumi mənzərə yığmanı yeni mövsümdən yerli məşqçinin çalışdıracağından xəbər verib.

Təbii ki, yuxarı dairədən əcnəbi mütəxəs

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti