"Sizə söz verirəm ki, məni millinin baş məşqçisi təyin etsələr..."

26 Noyabr 2023 01:20 Milli komanda 11 157
"Sizə söz verirəm ki, məni millinin baş məşqçisi təyin etsələr..."

"Sizə söz verirəm ki, məni millinin baş məşqçisi təyin etsələr, yaxşı nəticə qazanacağam".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında veteran futbolçu Yunis Hüseynov deyib.

Daha əvvəl "Karvan", "Xəzər Lənkəran", "Kəpəz" və "Keşlə" klublarında çalışan 58 yaşlı mütəxəssis yığmada işləməyə hazır olduğunu bildirib:

"Milliyə gəlməyə 18 il əvvəl də hazır idim. 39 yaşımda məşqçiliyə başlamışam, birdən-birə əsas çempionatda fəaliyyət göstərdim.

"Karvan"ın "sükanı arxasına" keçəndə məşqçilik barədə elə də biliyim yox idi. Ağasəlim Mircavadovu özümə məsləhətçi təyin etdim.

Məşqçiliyin sirlərini öyrəndim, daha sonra Ukraynada A, B və PRO kateqoriyasını oxudum. O vaxtdan öyrənə-öyrənə gəlirik.

Yığmada işləmək şərəfdir. Hamının belə arzusu var. Niyə də yox?! Təklif elsələr, canla-başla çalışaram".

Hüseynov millidə yerli mütəxəssisin çalışmasının tərəfdarı olduğunu vurğulayıb:

"Amma əcnəbi gətiriləcəksə, Canni De Byazinin qalmasının tərəfdarıyam. Bunun səbəbini də açıqlamışam.

Hər gələn 2-3 il vaxt istəyəcək. De Byazi komandanı artıq tanıyırdı. Vaxt itməsin deyə qalmasını istəyərdim.

Amma əlbəttə ki, yerli baş məşqçinin olması daha məqsədəuyğundur. Əcnəbi gələcəksə, De Byazini saxlasaydılar, daha yaxşı olardı".

Veteran hücumçu yerli baş məşqçilərin mentaliteti yaxşı bildiyini söyləyib:

"Futbolçuları qarşılaşmalara daha yaxşı kökləyərlər. Amma qlobal nələrinsə dəyişəcəyini də gözləmirəm.

Beş komandalı qrupdan lider və ya ikinci yerin sahibi kimi çıxacağımızı fikirləşməməliyik. Hazırkı məqamda bunları gözləmək düzgün deyil.

Çünki bizdə futbolçu seçimi çox deyil. Şablon olsa da, deyəcəyəm. 70-80 futbolçu olsaydı, fikirləşərdim ki, nəsə dəyişmək mümkündür.

Hər mütəxəssisin özünün baxışı var. 150-200 futbolçumuz var, amma milli səviyyəsində 20-25 nəfərdir. Onlarla da oynayırıq".

Mütəxəssis yığmadan ayrılan italiyalı Canni De Byazinin işinə qiymət vermək istəmədiyini söyləyib:

"Hər mütəxəssisin futbola fərqli baxışı var. Seçmə mərhələdə 7 xal toplamaq pis deyil.

Yalnız İsveçi keçə bilərdik. Amma o da real deyildi. Favoritlərdən geri qalırdıq, bu da normal haldır.

Biz 4-cü olacağımızı fikirləşirdik. Elə də oldu. Hamımız istəyirik ki, qrupda ikinci olaq və final mərhələsinə yüksələk.

Amma reallıq tamam başqadır. Futbolçularımız azdır. Digər millilərin oyununa baxsaq, futbolçularının hansı klublarda çıxış etdiyini görəcəyik.

Hamımız deyirik ki, 11 legionerimiz var. Amma demirik ki, yığma üzvləri hansı komandalarda, liqalarda mübarizə aparırlar".

Digər Xəbərlər
Xəbər Lenti
29 Fevral 18:10 Çək və bizə göndər!
29 Fevral 11:00 Yaxşı, siz deyən olsun!
29 Fevral 07:30 Cəlal kubokla vidalaşdı
29 Fevral 02:40 Halal komanda!