
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov yenidən Azərbaycan millisində çalışmaq ehtimalı barədə danışıb.
O, Premyer Liqanın 14-cü turunda "Sabah" üzərində qələbə qazandıqları (2:1) matçdan sonra bu barədə fikirlərini səsləndirib:
"Xahiş edirəm, belə sualları mənə verməyin. Onların işidir, qarışmaq istəmirəm. Bu haqda fikir bildirmək istəmirəm. Adı hallanan məşqçilər var. 15 ildi adım hallanır. Lakin gedişat dəyişmir, hər dəfə eyni proqram üzrə gedilir".
Təcrübəli mütəxəssisin fikirlərini aşağıdakı linkdə izləyə bilərsiniz:
XANOĞLAN / SPORTİNFO.AZ