
AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclasının yekununda millinin baş məşqçisi Canni De Byazi ilə cari ilin sonunda başa çatacaq müqavilə yenilənmədi.
Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, bu dəyişiklik labüd idi.
Çünki italiyalı mediaya qarşı etdiyi tərbiyyəsizliyi birmənalı şəkildə sığortlamağa çalışdı, amma qatar artıq çoxdan getmişdi:
"De Byazinin müqavilə müddətinin uzadılmaması ilə milli komanda adına heç də "hər şey güllü-gülüstanlıq" oldu deyə bilmərik.
Mən yerli baş məşqçinin tərəfdarıyam. Namizədimi də hər biriniz bilirsiz - Rəşad Sadıqov.
ancaq təkcə əsas milliyə təyinatla heç nə düzələn deyil. Bütün yaş kateqoriyaları əsas millinin baş məşqçisinin nəzarətində olmalıdır.
İnkişaf bir neçə illik düzgün strategiya ilə müəyyənləşməlidir. Natamam olduqda nə kimi dəyişiklik etsək belə, mənası yoxdur, boş zaman xərcləmiş, özümüzü aldatmış olarıq".
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: