Azərbaycan ən az xal əldə edən 13-cü yığma oldu

23 Noyabr 2023 00:50 Milli komanda 736
Azərbaycan  ən az xal əldə edən 13-cü yığma oldu

AVRO-2024-ün seçmə mərhələsində ən az xal yığan komandalar bəlli olub.

Sportinfo.az xəbər verir ki, Kipr, Cəbəllütariq, Malta, San Marino və Lixtenşteyn yer aldıqları qrupları xalsız başa vurublar.

Estoniya 1, Farer adaları və Andorra hərəyə 2 xal qazanıblar. Latviya 3, Bolqarıstan 4, Litva və İrlandiya isə tsikli 6 xalla yekunlaşdırıblar.

F qrupunda 7 xal toplayan Azərbaycan millisi ən az xal əldə edən 13-cü yığmadır. De Byazinin baş məşqçisi olduğu kollektiv xalların sayına görə 41-ci pillədə qərarlaşıb.

Ən çox xalı isə Portuqaliya hesabına yazdırıb. Ulduz futbolçu Kriştianu Ronaldunun kapitanı olduğu yığma 10 matçın hamısında qələbə qazanmaqla maksimum nəticə əldə edib.

AVRO-2024-ün seçmə mərhələsində 53 ölkə mübarizə aparıb. Rusiya Ukrayna ilə müharibə səbəbindən turnirdə yer almayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti