De Byazi getdi, o, öz xidmətini AFFA-ya təklif etdi

22 Noyabr 2023 21:20 Milli komanda 4 343
De Byazi getdi, o, öz xidmətini AFFA-ya təklif etdi

AFFA Azərbaycan millisinin yeni baş məşqçisi məsələsi ilə bağlı ilk dəfə xüsusi şçi Qrupu yaradacaq.

Bununla bağlı açıqlama verən AFFA-nın baş katibi Sərxan Hacıyev deyib ki, İşçi Qrupu baş məşqçi vəzifəsinə namizədləri nəzərdən keçirəcək.

İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlər üçün brifinq keçirən S.Hacıyev qeyd edib ki, yeni yaradılacaq İşçi Qrupu millinin baş məşqçi vəzifəsinə namizədləri nəzərdən keçirəcək.

Onun sözlərinnə görə, İşçi Qrupda AFFA İcraiyyə Komitəsindən və böyük ehtimalla, kənardan şəxslər təmsil olunacaq:

“Onlar tərəfindən baş məşqçi vəzifəsi ilə bağlı təkliflər veriləcək. Hər bir amil detallı şəkildə amil nəzərə alınaraq və analiz olunaraq İcraiyyə Komitəsində müzakirəyə çıxarılacaq və qəti qərar veriləcək.

İşçi Qrupunun üzvləri ilə bağlı hazırda məlumat verə bilmirik. Yaxın zamanlarda bununla bağlı ictimaiyyətə məlumat verəcəyik".

Artıq ilk namizədin adı AFFA-ya təqdim olunub. Bu, 2014-2017-ci illərdə də yığmamızı çalışdırmış Robert Prosineçkidir.

İcraiyyə Komitəsinin bəzi üzvləri xorvatiyalının dönüşünün tərəfdardır. Canni De Byazinin buradan ayrılmasından xəbər tutan balkanlı mütəxəssis müxtəlif menecerler vasitəsilə öz xidmətini AFFA-ya təklif edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti