De Byazinin AFFA-dakılara dediyi son sözlər “Sportinfo”da

22 Noyabr 2023 20:40 Milli komanda 1 087
De Byazinin AFFA-dakılara dediyi son sözlər “Sportinfo”da

AFFA İcraiyyə Komitəsinin fövqəladə iclasında Azərbaycan millisinin baş məşqçisinin gələcək taleyi ilə bağlı qərar qəbul olunub.

Komitə üzvlərinin səsverməsinin nəticəsi olaraq Canni de Byazi ilə başa çatan müqavilə yenilənməyib.

İclasda italiyalı məşqçi də iştirak edib və bir neçə dəqiqədən sonra zalı tərk edib.

“Sportinfo” italiyalı çalışdırıcının iclasda səsləndirdiyi və azərbaycanlı tərcüməçinin dilimizə çevirdiyi 1 dəqiqəlik fikirləri təqdim edir:

“Millidə işlədiyim 3 il ərzində bütün səy və bacarığımı ortaya qoymağa çalışdım. Fikrimcə, işimiz pis alınmadı.

Ötən il Millətlər Liqasında ardıcıl 4, yoldaşlıq görüşləri ilə birlikdə ardıcıl 6 qələbə qazandıq.

AVRO-2024-ün seçmə mərhələsində zəif oyunlarımız olsa da, ümumilikdə pis təsir bağışlamadıq. Yaxşı oynayıb, uduzduğumuz oyunlar oldu. 7 xal toplamaqla 5 komandalı qrupda ilk dəfə 4-cü yeri tutduq.

Millinin heyətini gəncləşdirməyə nail olduq. Mənim dövrümdə xeyli sayda gənc futbolçu yığma komandaya cəlb olunaraq təcrübəli topladı. Yeni baş məşqçi üçün yaxşı komanda qoyub getdiyimi düşünürəm.

Düşündüm və burada qalmamaq qərarını verdim. Millinin məndən sonrakı baş məşqçisinə uğurlar arzulayıram”.

Maraq üçün bildirək ki, Canni de Byazi 2020-ci ilin avqustundan Azərbaycan yığmasının baş məşqçisi idi.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti