"Bu adam elə şəstlə gəzir ki, sanki ona heykəl qoyulmalıdır" - VİDEO

22 Noyabr 2023 15:00 Milli komanda 637
"Bu adam elə şəstlə gəzir ki, sanki ona heykəl qoyulmalıdır" - VİDEO

«Berti Fotqs və ondan sonra gələnlər, eləcə də Canni De Byazi elə bilir ki, Azərbaycan yığması heç vaxt qələbə qazanmayıb və Mozombik kimi futbol ölkəsidir».

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, 2020-ci ildən millimizi çalışdıran italiyalı baş məşqçinin özünü çox yuxarıdan apardığını bildirib.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişində çıxış edən tanınmış teleşərhçi De Byazinin İsveçlə matçdan (3:0) sonra göydə uçduğunu deyib.

Abbasov qeyd edib ki, 67 yaşlı sükançı burada böyük iş gördüyünü düşünür:

«O, İsveç üçün heç bir əhəmiyyət kəsb etməyən oyundan sonra mətbuat konfransında elə qürurla, elə şəstlə daxil olur ki, sanki ona heykəl qoyulmalıdır.

Bu adamın xəbəri yoxdur ki, millimiz İqor Ponomaryovun vaxtında qrup lideri olan Slovakiyanı məğlub edib və Türkiyə növbəti mərhələyə adllayıb.

Ölkədə çempionat keçirilməyəndə Əsgər Abdullayevin yığdığı komanda Serbiya və Çernoqoriyadan 4 xal toplayıb».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti