Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudovun İsveçə vurduğu qol AVRO-2024-ün seçmə mərhələsinin 9-cu turunun ən yaxşı qolu seçilib.
Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın saytında aparılan sorğunun nəticələrindən məlum olub.
“Neftçi”nin futbolçusu təqribən 45 metrdən qapıya dəqiq zərbə endirərək qapıçı Robin Olseni məyus etmişdi. Matç isə Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Daha öncə Fransanın Azərbaycandakı səfiri Ann Buayon Emin Mahmudovla Fransa yığmasının futbolçusu Kilian Mbappenin qollarını müqayisə etmişdi.

