Azərbaycan bu gün elit-raunda vəsiqə qazana biləcək?

21 Noyabr 2023 19:20 Milli komanda 626
Azərbaycan bu gün elit-raunda vəsiqə qazana biləcək?

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv 11-ci qrupdakı sonuncu matçında Lüksemburq ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qrupun digər görüşündə Niderland Bosniya və Herseqovinanı sınağa çəkəcək. Bu duel də eyni saatda olacaq.

U-19 yığmamız qələbə qazanacağı təqdirdə, elit-raunda vəsiqə qazana bilər. Bunun üçün Bosniya və Herseqovinanın məğlub olması lazımdır.

Bosniyalıların millimizlə xalları bərabər olacağı təqdirdə, ilk olaraq top fərqinə, daha sonra isə vurulan toplara baxılacaq.

Bosniya və Herseqovina ilə qolsuz heç-heçə edən Azərbaycan millisi Niderlanda 1:2 hesabı ilə uduzub.

21:00. Lüksemburq - Azərbaycan

21:00. Bosniya və Herseqovina - Niderland

Xal durumu: Niderland - 6, Bosniya və Herseqovina - 4, Azərbaycan - 1, Lüksemburq - 0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti