Azərbaycan millisinin formasını geyinməyə haqq etməyən 4 nəfər - ADLAR+ VİDEO

21 Noyabr 2023 20:00 Milli komanda 15 182
Azərbaycan millisinin formasını geyinməyə haqq etməyən 4 nəfər - ADLAR+ VİDEO

Belçika – Azərbaycan matçından əvvəl Brüsseldəki himn biabırçılığı oyuna damğa vurdu.

Avropanın “göbəyində”, onminlərlə azarkeşin, milyonlarla izləyicinin gözləri önündə Azərbaycanın dövlət himninin əvəzinə İsveçin himninin səsləndirilməsi “Kral Boduen”də bir neçə dəqiqəlik çaxnaşmaya səbəb oldu.

Bizimkilərin israrından və təxminən 4 dəqiqəlik aradan sonra qüsur aradan qaldırıldı və Azərbaycan dövlət himni çalındı.

Kaş çalınmazdı. Çünki bu dəfə də növbəti, ənənəvi biabırçılıq qaçılmaz oldu.

İllərdir millinin formasını geyinən “azərbaycanlılar”dan 4-ü – Eddi İsrafilov, Renat Dadaşov, Aleksey İsayev və Höccət Haqverdi sözlərini bilmədiklərini himnimizi oxumadılar.

Əvəzində, dağıstanlı Şahruddin Məhəmmədəliyevlə ukraynalı Anton Krivotsyuk azərbaycanlı futbolçularla birlikdə dövlət himnimizi ürəklə oxumaqla diqqət çəkdi.

Dəyərli AFFA rəhbərliyi, “geydirmə azərbaycanlılara” verdiyiniz saxta pasportların nəticəsi baxın budur.

Milli forması ilə özlərinə reytinq qazanıb, mükafatların hesabına şəxsi büdcələrini zənginləşdirən “dostlarınız” 2-3 saat vaxt ayırıb himnimizin sözlərini öyrənməyi özlərinə borc bilmirlər.

Himnə vaxt ayırmayan futbolçu geyindiyi formaya hansı hörməti qoyacaq?

Videoda acı mənzərə ilə bir daha tanış ola bilərsiniz.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti