"Millidəki futbolçulara bu qədər pul vermək lazım deyil" - VİDEO

21 Noyabr 2023 14:40 Milli komanda 846
"Millidəki futbolçulara bu qədər pul vermək lazım deyil" - VİDEO

«Futbolçular millidə pula görə oynamalı deyil».

Bu sözlər futbol eksperti Emin Abbasova məxsudur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində AFFA-nın yığma komandanın futbolçularına böyük məbləğdə mükafat ayırmasına sərt münasibət bildirib.

Tanınmış teleşərhçi deyib ki, federasiya bu məsələdə səhv kurs götürüb:

«Mükafat olsun. Buna biz bir söz demirik. Amma şişirdilmiş məbləğlər verilməməlidir.

Onsuz da, milliyə dəvət alanların bir neçəsi əcnəbidir. Müxtəlif ölkələrdən olan futbolçular milliləşdirilib.

Yəni, onun üçün harada oynamağın fərqi yoxdur. AFFA İslandiya təcrübəsindən istifadə etməlidir.

Milliyə normal büdcə ayırıb, qalan vəsaiti digər layihələrin həyata keçirilməsinə sərf etmək lazımdır. Necə ki, 400 min əhalisi olan İslandiyada indi 5 liqa var».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti