Azərbaycan millisinə 4 qol vurdu, açıqlamasını verdi: "Oğlumun ad günündə…"

21 Noyabr 2023 08:20 Milli komanda 741
Azərbaycan millisinə 4 qol vurdu, açıqlamasını verdi: "Oğlumun ad günündə…"

Belçika millisinin hücumçusu Romelu Lukaku Avro-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına 5:0 hesabı ilə qalib gəldikləri matç barədə danışıb.

Sportinfo.az xəbər verir ki, görüşdə 4 qol vuran forvard komandasının adına çox xoşbəxt olduğunu deyib:

"Bu, xüsusi bir şeydir. Oğlumun da doğum günü idi.

Hər şeyin necə edildiyini nəzərə alsaq, açıq-aydın komanda adına üçün xoşbəxtəm. Əla oynadıq.

Topa sahib olmaqda çox yaxşı idik. Öz üstünlüyümüzü göstərə bildik.

Çalışıram ki, gənc futbolçulara güvən verim. Onların mentaliteti var.

Biz bunu davam etdirməliyik. Düşünürəm ki, daha da irəli gedə bilərik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti