COP29

Azərbaycanlı futbolçuların canını ağrıtdı, hara gedib çıxdı...

21 Noyabr 2023 00:30 Milli komanda 484
Azərbaycanlı futbolçuların canını ağrıtdı, hara gedib çıxdı...

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə son oyunda poker edən Belçika yığmasının futbolçusu Romelu Lukaku rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu cari tsikli 14 qolla tamamlayaraq buna nail olub.

O, bir seçmə mərhələdə ən çox qol vuran oyunçu kimi tarixə düşüb. Lukaku şimali irlandiyalı Devid Hili (AVRO-2008) və polşalı Robert Levandovskiyə (AVRO-2016) məxsus 13 qolluq rekordu yeniləyib.

Lukaku Belçika millisindəki qol sayını isə 83-ə çatdırıb. Robert Levandovskini (81 qol) geridə qoyan forvard Avropa yığmalarının bombardirlərinin siyahısında 3-cü yerə yüksəlib.

Onu yalnız Portuqaliya millisinin heyətində 128 dəfə fərqlənən Kriştianu Ronaldu və hesabında 84 qol olan Ferents Puşkaş (Macarıstan, İspaniya) qabaqlayır.

Belçika Brüsseldə keçirilən görüşdə Azərbaycan millisini 5:0 hesabı ilə məğlub edib.

“Qırmızı şeytanlar” 20 xalla F qrupunu 1-ci pillədə tamamlayıb. Canni De Byazinin rəhbərlik etdiyi komandamız isə 7 xalla 4-cü olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?