“Azı 80 dəfə yerə yıxıldılar” – Premyer Liqanın ulduzu yığmamız haqda

20 Noyabr 21:20 Milli komanda 598
“Azı 80 dəfə yerə yıxıldılar” – Premyer Liqanın ulduzu yığmamız haqda

“Oyunun 5-ci dəqiqəsində hesabda 0:2 geri düşməyi ttəsəvvür etməyin özü belə çətindir. Diqqəti əldən verib, qapımızda erkən qollar gördük”.

Bu sözləri İsveç mətbuatında “Aftonbladet”ə açıqlamasında millinin aparıcı futbolçularından olan Deyan Kulusevski deyib.

Noyabrın 16-da Bakıda baş tutan oyunda Azərbaycan seçməsi İsveç yığması üzərində 3:0 hesablı parlaq qələbəyə sevindi.

İlk dəqiqələrdən rəqibinə aman verməyən futbolçularımız erkən 2 qol vursa da, ikinci hissənin gedişində azlıqda qaldı. Lakin Bəhlul Mustafazadənin qırmızı vərəqə alması da skandinavların işinə yaramadı.

Nəticədə Emin Mahmudov gecənin möhtəşəm qolu ilə darmadağını rəsmiləşdirdi.

Kulusevski məğlubiyyətə səbəb göstərərkən futbolçularımızı qınayıb:

“Azərbaycan millisi qələbəyə ac idi. Hesabda önə keçəndən sonra tez-tez yerdə qalıb hakimin üstünə qışqırırdılar. Azı 80 dəfə yerə yıxıldılar.

Amma əsas problem bizdə idi. Topla düzgün rəftar edə bilmirdik, onu özümüzdə saxlamaqda çətinlik çəkirdik.

Rəqib 10 nəfərlə qalandan sonra demək olar tək qapıya oynadıq. Amma yenə də 100 faizlik qol imkanları yarada bilmədik.

Bizdə heç nə alınmadı, nə müdafiədə, nə də hücumda. Fərdi və komanda şəklində özümüzə bənzəmədik. Çox ağır gün idi bizim üçün”.

2019-cu ildən İsveç millisinin şərəfini qoruyan 23 yaşlı yarımmüdafiəçi meydana çıxdığı 34 oyunda 3 qolla yadda qalıb.

Vaxtilə “Atalanta”, “Parma”, “Yuventus” kimi komandaların şərəfini qorumuş Kulusevski 2021-ci ildən “Tottenhem”in uğurları üçün tər tökür.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti