COP29

AFFA-da oturanlar heç olmasa, bundan UTANSIN!

20 Noyabr 2023 22:20 Milli komanda 762
AFFA-da oturanlar heç olmasa, bundan UTANSIN!

Albaniya millisi Polşa, Çexiya kimi güclü millilərin olduğu qrupda liderdi.

Moldova yığması isə elə həmin qrupdan Avropa Çempionatına getmək şansını son tura kimi saxlayıb. Aktivində 10 xalı var.

Qazaxıstan Danimarka, Finlandiya, Sloveniya kimi özündən güclü millilər olan qrupda 18 xal toplaya bilib. Son turda Sloveniyanı məğlub edə bilsələr Avropa çempionatına vəsiqə əldə edəcəklər.

Biz də qalmışıq 90-larda. Hər il "qrupumuzda rəqiblər güclüdür" deyib təsəlli tapırıq.

Münasib rəqiblər olanda da ya bəxtdən şikayətlənirlər, ya da zəif rəqiblərin inkişafda olması nağılın nəql edirlər.

Bütün bunlar, sadəcə bəhanədir.

AFFA-nın yanlış siyasətinə don geyindiməkdən, ört-basdır etməkdən başqa bir şey deyil.

Milliləri qoyaq bir kənara.

Futbolumuzu 10 ildən artıqdır Avropada tək başına ləyaqətlə təmsil edən "Qarabağ" guya zəif rəqiblərə qarşı mübarizə aparır?

Qrup mərhələlərində, bəzən təsnifat mərhələlərində də rəqiblər büdcəsinə, heyətinə, təcrübəsinə görə təmsilçimizi dəfələrlə üstələyir.

Amma "Atlılar" meydandakı mübarizəsi, qurduğu düzgün idarəetməsi və uğurlu nəticələri ilə qarşı tərəfin bütün üstünlüklərin kölgədə qoymağı bacarır.

"Rəqiblər güclüdür" - deyib keçməkdən asan heç nə yoxdur.

Yuxarıdakı faktların oxşarını daha çox yazmaq olar.

Məncə, bunlar da yetərlidir.

Ki, AFFA rəhbərliyi uğur qazanmaq üçün ortaya uğurlu iş qoymaq lazım olduğunu başa düşsün.

Düzgün siyasət, sistem formalaşdırmaq mütləqdir.

O zaman "Qarabağ"ın klub səviyyəsində etdiklərini Albaniya, Qazaxıstan, Moldova kimi biz də milli səviyyəsində edə bilərik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti