Azərbaycan kanalı millinin rüsvayçı yenilgisinə necə reaksiya verdi? - VİDEO

20 Noyabr 01:40 Milli komanda 675
Azərbaycan kanalı millinin rüsvayçı yenilgisinə necə reaksiya verdi? - VİDEO

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Belçika yığmasının qonağı olub.

Qarşılaşma ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-şeytanlar"ın heyətində 17, 26, 30 və 37-ci dəqiqələrdə Romelu Lukaku, 90-cı dəqiqədə Leandro Trossard fərqlənib.

F qrupunun digər görüşündə İsveç Estoniyanı məğlubiyyətə uğradıb - 2:0.

Bu nəticələrdən sonra xallarının sayını 20-yə çatdıran Belçika seçmə mərhələni qrup lideri kimi başa vurub. Avstriya 19 xalla ikinci, İsveç 10 xalla üçüncü, millimiz 7 xalla dördüncü, Estoniya 1 xalla sonuncu yeri tutub.

"CBC Sport" kanalında Brüsseldəki matçla bağlı az əvvəl verliş efirə gedib. Tanınmış teleaparıcı Ramiz Mirzəzadə rüsvayçı nəticənin səbəblərini incələyib.

Digər Xəbərlər
Xəbər Lenti