Azərbaycan U-21 millisinin yarımmüdafiəçisi Camal Cəfərov Sportinfo.az-a müsahibə verib.
O, Latviya U-21 yığması ilə yoxlama görüşündə qazandıqları qələbədən (1:0) və Ukrayna U-21 millisi ilə qarşıdan gələn seçmə mərhələ oyunundan danışıb.
- Latviya üzərində qazanılan qələbə barədə nələr deyə bilərsən?
- Oyun bizim üçün yaxşı keçdi. Komanda olaraq cəsarətli, hücum futbolu oynadıq. Bunun da nəticəsində meydandan qələbə ilə ayrılmağı bacardıq. Qalib gəldiyimizə görə şadam.
- Yeganə qolun müəllifi oldun. Milli komandada qələbə qolunun müəllifi olmaq necə hislərdi?
- Çox gözəl anlar yaşadım. Qol vurduğuma görə sevincliyəm. Bu qolun komandama qələbə gətirməsi ikiqat sevindiricidir. Amma əlbəttə ki, kimin qol vurmasından asılı olmayaraq, əsas komandanın qələbəsidir.
- Qarşıdan Ukrayna millisi ilə oyun gəlir. Matça hazırsınız?
- Bizi güclü komanda ilə çətin səfər oyunu gözləyir. Düşünürəm ki, bu oyuna yaxşı hazırlaşmışıq.
- Son iki görüşdəki qələbənin davamın gətirmək mümkün olacaq?
- Əlimizdən gələni edəcəyik ki, bu matçda məşqçilərin göstərişlərinə tam əməl edək və oyundan müsbət nəticə ilə ayrılaq.
XANOĞLAN İMANOV

