Millimizin futbolçularına vəd olunan FANTASTİK QAZANC!

19 Noyabr 2023 20:40 Milli komanda 2 482
Millimizin futbolçularına vəd olunan FANTASTİK QAZANC!

Bu gün Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

Komandamız Belçikanın qonağı olacaq.

“Kinq Baudouin” stadionunda keçiriləcək oyun saat 21:00-da start götürəcək.

Brüsseldəki qarşılaşma futbolçularımızı əməllicə varlandıra bilər. Bunun üçün səfərdən heç-heçə və ya qələbəylə dönmək kifayətdir.

AFFA-nın İsveç üzərində 3:0 hesablı qalibiyyətə görə böyük mükafat verəcəyi dəqiqdir.

Federasiyanın əsas heyətdə meydana çıxanların hər birinə 50 min dollar ödəyəcəyi deyilir. Komanda üzvlərinin gözləntisi isə bundan 10 min dollar çoxdur.

Bu gecə 1 xal əldə olunsa, ən azından 50 min dollar irəli düşəcəklər. Sensasiya yaşansa, bu məbləğ iki dəfəyə kimi arta bilər.

Belçika F qrupunda 17 xalla ikincidir. Azərbaycan isə 7 xalla 4-cü sırada qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”