Millimizi bu gecə Polşa ilə Estoniyanın gününə salmasalar yaxşıdır!

19 Noyabr 2023 19:50 Milli komanda 926
Millimizi bu gecə Polşa ilə Estoniyanın gününə salmasalar yaxşıdır!

Noyabrın 16-da Bakıda İsveç üzərinə 3:0 hesablı parlaq qələbə qazanan Azərbaycan millisi qrupda sonuncu, həm də növbəti oyuna hazırlaşır.

Canni de Byazinin rəhbərlik etdiyi kollektiv bu gün Brüsseldə qrupun lideri Belçikanın önünə çıxacaq.

Bu ilin sentyabrında komandalar arasında “Dalğa Arena”da baş tutan görüşdə belçikalılar 1:0 hesabı ilə qələbə qazanmışdı. Lakin bu dəfə doğma meydanda, öz azarkeşlərinin önündə oynayacaqlar.

Son illər qazandığı nəticələrlə dünyaya səs salan Belçika seçməsinin doğma divarlar arasında xoş təsir bağışladığı hər kəs bilir.

Son 1 ildə Belçikada baş tutan oyunların nəticələrinə baxanda millimizin Brüsseldə hansı çətinliklərlə üzləşəcəyini təxmin etmək çətin deyil.

Bu komanda öz meydanında sonuncu yenilgini ötən ilin iyununda Millətlər Liqası çərçivəsində Niderlandla qarşılaşmada alıb ki, “narıncılar” rəqibini 4:1 hesabı ilə məğlub edib.

O vaxtdan bu yana vətəndə keçirdiyi 6 oyunda...

Belçika – Polşa 6:1

Belçika – Uels 2:1

Belçika – Avstriya 1:1

Belçika – Estoniya 5:0

Belçika – İsveç 1:1

Belçika – Serbiya 1:0

Ümid edək ki, belçikalılar Polşa ilə Estoniyanın başına açdığı oyunu bizimkilərlə matçda təkrarlamayacaq.

Əks halda İsveç üzərindəki darmadağının dadı-duzu qaçacaq.

Noyabrın 19-da Brüsseldəki “Kinq Bauduin” stadionunda keçiriləcək Belçika – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti