De Byazı Belçika ilə oyunun iştirak ərizəsinə hansı futbolçuları daxil etdi?

19 Noyabr 2023 19:15 Milli komanda 640
De Byazı Belçika ilə oyunun iştirak ərizəsinə hansı futbolçuları daxil etdi?

Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsində Belçika ilə səfər oyunun iştirak ərizəsi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Bəhlul Mustafazadə (“Qarabağ”) və Ramil Şeydayev (“Buriram Yunayted”, Tayland) cəzalı olduqları üçün sözügedən matçı buraxacaqlar.

Bundan başqa, Səbuhi Abdullazadə (“Sumqayıt”) və Emil Səfərov (“Qəbələ”) oyunun iştirak ərizəsində yer almayıb.

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belçika ilə oyun üçün iştirak ərizəsinə aşağıda adları qeyd olunan futbolçuları daxil edib:

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Yusif İmanov, Rəşad Əzizli

Müdafiəçilər: Amin Seydiyev, Anton Krivotsyuk, Cəlal Hüseynov, Rahil Məmmədov, Elvin Cəfərquliyev, Toral Bayramov, Höccət Haqverdi, Qismət Əliyev, Turan Manafov

Yarımmüdafiəçilər: Aleksey İsaev, Elvin Camalov, Coşqun Diniyev, Eddi İsrafilov, Emin Mahmudov

Hücumçular: Musa Qurbanlı, Mahir Emreli, Ozancan Kökçü, Rüstəm Əhmədzadə, Renat Dadaşov, Nəriman Axundzadə

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti