"Ümid edirəm ki, buradan yaxşı nəticə ilə qayıdarıq” - Emin Mahmudov

18 Noyabr 2023 21:30 Milli komanda 688
"Ümid edirəm ki, buradan yaxşı nəticə ilə qayıdarıq” - Emin Mahmudov

"Sabah biz çox yaxşı komanda ilə oyuna çıxacağıq. Belçika millisi dünyanın ən yaxşı komandalarından biridir. Yaxşı nəticə qazanmaq istəyirik".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov Avro-2024-ün seçmə mərhələsinin sonuncu turunda Belçikaya qarşı oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

31 yaşlı yarımmüdafiəçi bütün oyunçuların matça hazır olduğunu bildirib: " Hamı 100 faiz güc qoymalıdır ki, bu istəyimizə çataq. Ümid edirəm ki, buradan yaxşı nəticə ilə qayıdarıq”.

Qeyd edək ki, sabah Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

P.S. Jurnalistlərin Belçikaya ezamiyyəti Etopaz-ın dəstəyi ilə həyata keçirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti