Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyev AVRO-2024-ün seçmə mərhələsinin İsveçlə (3:0) oyunu haqda açıqlama verib.
Sportinfo.az xəbər verir ki, 3:0 hesablı qələbədən danışan Cəfərquliyev azarkeşlərə təşəkkür edib:
"Qələbəyə görə çox sevincliyik. Uzun müddətdən sonra evdə qələbə qazandıq.
Komanda olaraq döyüşdük, sona qədər vuruşduq. Qələbəyə layiq idik.
Yeri gəlmişkən, azarkeşlərimizə də təşəkkür edirəm. Gəlib bizə dəstək oldular. Sağolsunlar".

