Azərbaycan millisi tarixində ilk dəfə İsveçi darmadağın etdi.
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda baş tutan görüşdə bizimkilər Skandinaviya təmsilçisinə göz açmağa imkan vermədi - 3:0.
Oyundan sonra əksəriyyət böyük hesablı qələbəni isveçlilərin Azərbaycan seçməsi ilə oyuna motivasiyasız çıxması və meydanda can qoymaması ilə əlaqələndirirdi.
Əslində, vəziyyət tam başqadır. İsveç millisində gedən nəsildəyişmə prosesi və heyətdəki itkilər komandanın nəticələrinə təsir etməkdədir.
Uzağa yox, son 1 ilə boylananda acı mənzərə özünü göstərir.
Vaxtilə Avropanın ən gücü milliləri üçün çətin rəqib statusunu daşıyan isveçlilər indi xoş günlərdən uzaq düşüb.
Yan Anderssonun rəhbərlik etdiyi kollektiv ötən ilin payızında Serbiyaya 1:4, bu ilin martında Belçikaya 0:3, sentyabrda doğma meydanda Avstriyaya 1:3 hesabı ilə uduzub. Yəni 3 too buraxmaq onlar üçün adi hala çevrilib.
"Sarı-göylər"in cari seçmə mərhələdə Azərbaycanla oyuna qədər keçirdiyi 6 oyunda cəmi 7 xal toplaması da bunun sübutudur.
Odur ki, İsveçin Bakıdakı darmadağını motivasiyasızlıq yox, millinin əvvəlki günlərindən uzaq düşməsi ilə bağlıdır.
HƏBİB / SPORTİNFO.AZ

