Millimizin üzvləri bu qadından ehtiyatlanmalıdır

15 Noyabr 2023 23:40 Milli komanda 199
Millimizin üzvləri bu qadından ehtiyatlanmalıdır

Azərbaycan – İsveç görüşünü idarə edəcək hakimin adına aydınlıq gəlib.

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda baş tutacaq oyunda İsveçrədən olan ədalət təmsilçiləri iş başında olacaq.

Baş hakim funksiyasını Ester Ştaubli yerinə yetirəcək. Yan xətlərdə ona Conas Emi ilə Susanne Kinq kömək edəcək. Dördüncü hakim funksiyasını Mirel Turkes yerinə yetirəcək.

44 yaşlı referinin əsl peşəsi müəllimlikdir. O, ali təhsil ocağında kimya fənnindən dərs deyir.

Ester hakimliyə 21 yaşında başlayıb, 27 yaşından etibarən yaxasında UEFA-nın loqosunu daşıyaraq beynəlxalq matçlara təyinat alıb.

Xanım referi geridə qalan 17 ildə bir çox beynəlxalq oyunlara təyinat alıb. Lakin indiyə qədər bir dəfə də olsun kişilərin FİFA və UEFA-nın bayrağı altında keçirilən beynəlxalq matçlarda görünməyib. Bütün hallarda ona qadınların ən səs-küylü qarşılaşmaları həvalə olunub.

Bu o deməkdir ki, Bakıdakı oyun Ştaublinin hakimlik karyerasında kişi futbolunda ilk beynəlxalq görüş kimi unudulmaz olacaq.

Xanım referinin həyəcanlı olacağı sirr deyil. Ümid edək ki, yol verə biləcəyi mümkün xətalar millimizin başında çatlamayacaq.

Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti