Belçikada silahlı atışmanın içindən çıxıb gəlmiş, final mərhələsinə vəsiqə qazanmaq şansını ötən ay dəfn etmiş İsveçə qalib gəlmək qəhrəmanlıq sayılmamalıdır.
Bu, bizə quru reytinqdə bir-iki addımlıq yerdəyişmə etməkdən başqa heç nə vermir. İtirdiklərimiz daha çoxdur.
Biz vaxt itiririk.
Biz tarixi mkanı itiririk.
Biz son illərin ən yaxşı futbolçu nəslini itiririk.
Canni De Byazi Azərbaycanın müstəqillik tarixinin ən güclü futbol kontingenti ilə çalışır. 90-cı illərin əvvəlindəki və ortasındakı komandanı boş verin.
Vəli qasımovların, Nazim süleymanovların, Vidadi rzayevlərin olduğu heyət bu qədər deyil. Kim bunun əksini sübut etməyə qalxarsa, mübahisə açarsa, onun futbol biliyinə, futbol ağlına şübhə bəsləyərəm.
Qazaxıstan Avropa çempionatının final mərhələsinə vəsiqə iddiasını saxlayıb. Bu mübarizəsini son tura saxlayan qazaxların çıxışı AFFA-ya örk olmalıdır.
«De Byazi ilə müqavilənin müddətini yenə uzatmalıyıq» deyənlərin damarından azərbaycanlı qanı axmasından şübhələnirəm, açığı.
Qrupda dördüncü yer bizi ovundura bilməz. Biz bununla öyünməməliyik. Hazırkı komanda ilə normal nəticə qazanmaq olar.
Gərək bunun üçün onun başında normal biri dayansın. Məşqçi və insan olaraq.
MUSA

