«Bu, böyük qələbədir, çox sevincli bir gündür».
AFFA prezidenti Rövnəq Abdullayev AVRO-2024-ün seçmə mərhələsində İsveç üzərində qələbədən sonra belə deyib.
Federasiya başçısı 3:0 bitən qarşılaşmanın ardından millinini paltardəyişmə otağına enib, məşqçi və futbolçu heyəti ilə görüşüb.
O, güclü rəqibi darmadağın edən komandaya böyük mükafat vəd edib:
«Açığı, mən İsveçə bu qədər qol vuracağımızı gözləmirdim. Hər şey alındı.
Gözəl gecə yaşadıq. Bunun davamını Belçikada gətirmək lazımdır.
Orada da yaxşı nəticə qazansaz, yaxşı mükafat olacaq».
SPORTİNFO.AZ

