Millimizin hücumçusu paltardəyişmə otağında olanları açıqladı

18 Noyabr 2023 14:20 Milli komanda 1 045
Millimizin hücumçusu paltardəyişmə otağında olanları açıqladı

"Karyeramda ən yaxşı oyunlardan birini keçirdim.

Sərgilədiyimiz futbola əsasən qələbəmizi normal qəbul edirəm. Bu gün rəqibdən üstün idik".

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Avro-2024-ün seçmə mərhələsində İsveç üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edərkən deyib.

O, Belçika səfərinə inamlı yollanacaqlarını söyləyib:

"Matçdan sonra De Byazi bizə öz minnətdarlığını bildirdi. Biz də öz növbəmizdə komandanı matça yaxşı hazırlaşırdığı üçün baş məşqçiyə təşəkkür etdik.

Paltardəyişmə otağında qələbəmizi böyük sevinclə qeyd etdik. Belçika səfərinə yüksək əhval-ruhiyyədə yollanacağıq. Çalışacağıq ki, çətin səfərdə də yaxşı nəticə qazanaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti