Azərbaycan millisi Belçika ilə oyun üçün saat 21:00-da…

18 Noyabr 2023 11:00 Milli komanda 847
Azərbaycan millisi Belçika ilə oyun üçün saat 21:00-da…

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə keçirəcəyi oyun ərəfəsində son məşqinin vaxtı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yığma bu gün Bakı vaxtı ilə saat 21:00-da “Edmond Machtens” stadionunda məşqə çıxacaq.

Bundan yarım saat əvvəl baş məşqçi Canni De Byazinin mətbuat konfransı təşkil olunacaq.

Meydan sahibləri isə son hazırlıqlarını Bakı vaxtı ilə saat 13:00-da keçirəcəklər. İki saat sonra isə baş məşqçi Domeniko Tedesko media nümayəndələrinin suallarını cavablandıracaq.

Noyabrın 19-da Brüssel şəhərindəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO